Bəhram Rəcəbzadədən möhtəşəm qələbə

Bəhram Rəcəbzadədən möhtəşəm qələbə

Türkiyənin İstambul şəhərində keçirilən Akin döyüş arenası K-1 peşəkar döyüşdə milli komandamızın üzvü, WAKO Dünya çempionu Bəhram Rəcəbzadə türkiyəli döyüşçü Mehmet Ozer üzərində 2-ci raundda texniki nokautla möhtəşəm qələbə qazanıb.
Bəhram Rəcəbzadə bu qələbəni 26 iyun - Silahlı Qüvvələri Gününə, həmçinin Vətən müharibəsinin şəhidlərinə, qazilərinə və bütün iştirakçılarına həsr etdiyini vurğulayıb.
O, Azərbaycan Kikboksinq Federasiyanın rəhbərlərinə Adil Əliyev və Orxan Əliyevə dəstəyə görə təşəkkürünü bildirərək həmçinin ona köməklik göstərənlərin hər birinə minnətdarlığını bildirib.
Döyüşçümüz bu yarışa onun məşqçisi və həmçinin həyat yoldaşı olan Fatma Nehri Rəcəbzadə ilə qatılmışdı.
WAKO dünya çempionu, dəfələrlə peşəkar döyüşlərin qalibi Bəhram Rəcəbzadənin şəxsi məşqçisi Əməkdar məşqçisi, Əməkdar İdman Xadimi, milli komandanın baş məşqçisi Çingiz Eyvazovdur.