Azərbaycanın daha bir atıcısı Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək. Stend atıcılığı üzrə milli komandamızın üzvü Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb. Belə ki, Emin Cəfərov Beynəlxalq İdman Atıcılığı Federasiyasının qərarı ilə “vayld- kard” əsasında bu yarışda iştirak edəcək.
Qeyd edək ki, Emin Cəfərov həm də Azərbaycan Atıcılıq Federasiyasının baş katibidir.
Xatırladaq ki, buna qədər Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən Avropa çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla Tokio Olimpiadasına lisenziya qazanıb.