Ramal Aslanov Kikboksinq Federasiyasının vitse-prezidenti təyin olundu  

Ramal Aslanov Kikboksinq Federasiyasının vitse-prezidenti təyin olundu  

Ramal Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub. Təyinat AKF-nin Fəxri Prezidenti, İdarə Heyətinin Sədri, Milli Məclis Sədrinin müavini Adil Əliyev və AKF-nin Prezidenti Orxan Əliyev tərəfindən rəsmiləşdirilib. Ramal  Aslanov Əməkdar İdman Ustası, Azərbaycan Prezidenti mükafatçısıdır, 11 dəfə Azərbaycan çempionu, 2019-cu il WAKO Dünya Çempionu, FF (FAITH FIGHT) GRAND PRIX Dünya kəmərinin sahibidir (2016-2018)
Ramal Aslanov hazırda həmçinin Milli komandanın kapitanı və AKF İdarə heyətinin sədr müavinidir.

 

Ramal Aslanov Kikboksinq Federasiyasının vitse-prezidenti təyin olundu