Azərbaycan Taekvondo Federasiyasında (ATF) növbəti seminar keçiriləcək. Hakimlər üçün təşkil olunacaq seminar oktyabrın 23-24-də baş tutacaq. ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev, texniki direktoru Oh Kvanq Çeol və beynəlxalq dərəcəli hakimlər Gündüz Abdullayev, köməkçiləri Ramal Camalov və Aygül Abdullayeva tərəfindən keçiriləcək seminar onlayn formatda təşkil olunacaq.
Taekvondo hakimləri üçün seminar olacaq