İdman könüllüləri arasında basketbol yarışına yekun vuruldu

İdman könüllüləri arasında basketbol yarışına yekun vuruldu

Oktyabr 29-30-da Sumqayıt şəhər 7 saylı tam orta məktəbdə 3x3 baskebol üzrə idman könüllüləri arasında Zəfər Gününə həsr edilmiş turnir keçirilib.
Ümumilikdə 6 komandanın iştirakı ilə keçirilən turnirdə 1 nömrəli Ixtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman məktəbinin könüllülərdən ibarət komandası birinci yeri tutub. Sumqayıt Könülləri Cəmiyyətinin komandası ikinci, cüdo könüllülərinin komandası isə üçüncü yerlə kifayətlənib.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən medal, fəxri fərman və hədiyyələrlə təltif olunublar.