Bosniya və Herseqovinada təşkil olunan taekvondo üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub.
Qitə birinciliyində uğurla çıxış edən Azərbaycan komandası iki qızıl, bir bürünc medala sahib çıxıb. Belə ki, komandamızın üzvləri Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Yığmamızın digər üzvü Pünhan Mürsəlov (45 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, yığma komandamız Avropa birinciliyində 15 idmançı ilə təmsil olunub.
Taekvondoçularımız Avropa birinciliyini 3 medalla başa vurdular