Dekabrın 4-də Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı start götürəcək. İki gün davam edəcək yarışda 17 yaşdan yuxarı idmançılar qüvvələrini sınayacaqlar. Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə aparacaq. Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil ediləcək.
Sabah böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatına start veriləcək