NBA tarixində yeni rekord

NBA tarixində yeni rekord

Milli Basketbol Assosiasiyasında (NBA) tarixi rekord qeydə alınıb. Rekorda "Qolden Steyt" komandasının oyunçusu Stefen Karri imza atıb.  33 yaşlı idmançı buna "Nyu-York Siti"ni 105:96 hesabı ilə məğlub etdikləri qarşılaşmada nail olub. S.Karrinin 3 xallıq atışlarından 5-i dəqiq alınıb. O, karyerasında 2977 dəfə qövsdən kənarda fərqlənməyi bacarıb. Basketbolçu "Boston" və "Mayami"də çıxış etmiş Rey Allenin (2973) rekordunu arxada qoyub. Qeyd edək ki, Stefen Karri üç dəfə NBA çempionu olub.