Avroliqada bütün oyunlar təxirə salındı 

Avroliqada bütün oyunlar təxirə salındı 

Basketbol üzrə Avroliqanın müntəzəm çempionatının bu həftə oynanılması nəzərdə tutulan 19-cu turunun bütün oyunları təxirə salınıb. Komandaların heyətində artan koronavirus pandemyası səbəbindən 9 matçdan 8-nin əvvəlcədən təxirə salınacağı barədə məlumat verilmişdi. Bu gün keçirilməsi planlaşdırılan “Olimpiya Milano” və “Zenit” komandalarının oyunu da pandemiya səbəbindən təxirə salındı. Beləliklə, turun bütün görüşləri pandemiya səbəbindən baş tutmadı. 
Yaxın günlərdə təşkilatçılar tərəfindən təxirə salınan oyunların müqəddəratı barədə məlumat veriləcək.