Paytaxtımız yenidən dünya kubokuna ev sahibliyi edəcək

Paytaxtımız yenidən dünya kubokuna ev sahibliyi edəcək

Bu il keçiriləcək güllə və stend atıcılığı üzrə yarışların tam təqvimi açıqlanıb. Dünya kubokunun Azərbaycanda keçiriləcək mərhələ yarışının vaxtı da dəqiqləşib. Bakıda təşkil olunacaq tüfəng, tapança və stend atıcılığı üzrə Dünya kubokuna mayın 27-də start veriləcək. Yarış iyunun 9-dək davam edəcək. Qeyd edək ki, 2020-ci ildə Bakıdakı yarış koronavirus pandemiyası üzündən ləğv olunub. Ötən il isə ölkəmiz eyni səbəbdən təqvimə daxil edilməyib.