Məktəblilər güllə atıcılığı yarışında bir araya gəliblər

Məktəblilər güllə atıcılığı yarışında bir araya gəliblər

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir. Xətai rayonundakı 171 nömrəli tam orta məktəbdə “Mahir nişançı” güllə atıcılığı üzrə yarış keçirilib.

Yarışa qatılan 11 komandanın tərkibi 5 şagirddən (3 oğlan, 2 qız) ibarət olub. Yarış iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparıblar.

Xətai rayonunun komandası (171 saylı tam orta məktəb) yarışın qalibi olub. Nizami rayonu (220 saylı tam orta məktəb) yarışı ikinci, Qaradağ rayonu (233 saylı tam orta məktəb) isə üçüncü pillədə başa vurub.

İlk üçlüyü tutan komandalara baş idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.