Azərbaycan Basketbol Federasiyasının loqosu və devizi təqdim olunub

Azərbaycan Basketbol Federasiyasının loqosu və devizi təqdim olunub

Bu gün Azərbaycan Basketbol Federasiyasının (ABF) son beş ayda gördüyü işlərlə bağlı hesabat tədbiri keçirilib. Tədbirə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və federasiya prezidenti Emin Əmrullayev, ali təhsil ocaqlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Basketbol Federasiyasının yeni loqosu ictimaiyyətə təqdim olunub. Loqoda basketbol topu, basketbol meydançası, bayraq lentləri və buta simvolu yer alıb. Loqodan veb-saytlarda, milli komandanın formalarında istifadə ediləcək.
Bundan əlavə, milli komandanın formalarının da təqdimatı olub. Burada Azərbaycan adı, oyunçuların soyadı və forma nömrəsi əksini tapıb.
Tədbirdə həmçinin Azərbaycan Basketbol Federasiyasının "Yeni nəfəs, yeni başlanğıc" adllı devizi də açıqlanıb.

Azərbaycan Basketbol Federasiyasının loqosu və devizi təqdim olunub Azərbaycan Basketbol Federasiyasının loqosu və devizi təqdim olunub Azərbaycan Basketbol Federasiyasının loqosu və devizi təqdim olunub