Bakıda atıcılıq üzrə Dünya Kuboku davam edir.
Olimpnews-un məlumatına görə, bu gün 50 metr məsafəyə tüfəngdən atəş növü üzrə qadınlar arasında yarışda Rikke İbsen qalib gələrək, qızıl medal qazanıb.
50 metr məsafəyə tüfəngdən atəş üzrə növdə kişilərin komanda yarışında xorvatiyalılar qızıl medala yiyələniblər.
“Bu qızıl medalın bizim üçün çox böyük əhəmiyyəti var. Üçümüzün birgə uğurudur. Ailəmiz, dostlarımız, məşqçilərimiz, federasiya rəsmiləri üçün bu medal xüsusi önəm daşıyır. Çünki dünya kubokunda böyük uğur əldə etdik. Bilirsiniz, təsnifat mərhələri, final çox çətin keçdi. Külək əsirdi. Biz çətinliklərə baxmayaraq qələbə qazandıq” – Xorvatiya komandasının üzvü Miran Mariçiç deyib.
Danimarkalı Rikke İbsen Bakı Atıcılıq Mərkəzinin arenasından razılıq edib: “Bir çox atıcılıq mərkəzlərində olmuşam. Düşünürəm ki, Bakıdakı arena səfər etdiklərimin arasında ən möhtəşəmidir. Elə yerlər var ki, orda 50 metr məsafəyə atışlar zamanı çətinlik çəkirsən. Amma Bakı Atıcılıq Mərkəzində bunlar baş vermədi”.