Dünyanın əfsanəvi ulduzu, aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Dammla ailə həyatı quran pianoçu Suada Hacızadənin Bakıda dəm-dəsgahlı xınası olub.
Olimpnews.az xəbər verir ki, restoranlardan birində baş tutan məclisdən görüntüləri məclisdə iştirak edən Suadanın rəfiqələri sosial şəbəkə hesabında paylaşıblar.
"Renka" ləqəbi ilə məşhurlaşan, oriyental rəqslərin mahir ifaçısı Rəna Ağamuradova da rəqs şousu ilə məclisə çoşqu və rəngarənglik qatıb.
Suada gecədə iki libas olmaqla bir milli, bir də ağ gəlinlik geyinib.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.