18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C divizionundakı oyunlarının təqvimi açıqlanıb.
"Olimpnews"un məlumatına görə, B qrupunda yer alan yığma ilk matçını iyulun 25-də Lüksemburqa qarşı keçirəcək.
Bir gün sonra Cəbəllütariqı sınağa çəkəcək komanda iyulun 27-də Ermənistanla münbasibətilərinə aydınlıq gətirəcək. Kollektiv qrupdakı son görüşündə isə Moldova ilə üz-üzə gələcək.
C divizionu
B qrupu
II tur, 25 iyul
14:30. Azərbaycan – Lüksemburq
III tur, 26 iyul
19:00. Cəbəllütariq – Azərbaycan
IV tur, 27 iyul
19:00. Azərbaycan – Ermənistan
V tur, 28 iyul
14:30. Moldova – Azərbaycan
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək.