Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün növbəti oyununu keçirəcək.
"Olimpnews"un məlumatına görə, A qrupunda yer alan yığma II turda Andorra ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv ilk turda ev sahiblərinə 71:73 hesabı ilə uduzub.
Kiçik ölkələrin Avropa çempionatı
A qrupu, II tur
18:15. Azərbaycan - Andorra
Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparırlar.