Basketbolçularımız Konya-2021-ə qələbə ilə başladılar

Basketbolçularımız Konya-2021-ə qələbə ilə başladılar

Bu gün V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışlarına start verilib. Kişilərdən ibarət 3x3 basketbol üzrə yığma komandamız V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb. C qrupunda mübarizə aparan millimizin ilk rəqibi Mali seçməsi olub. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığmamız görüşə fəal başlayıb və yekunda 18:15 hesablı qələbə qazanıb.

Qeyd edək ki, yığmamızın qrupdakı növbəti rəqibi Türkiyə millisidir. Oyun Bakı vaxtı ilə bu axşam saat 22.00-da baş tutacaq.