Qadın basketbolçularımız Konya-2021-in qalibi

Qadın basketbolçularımız Konya-2021-in qalibi

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən qadınların basketbol 3x3 yarışına yekun vurulub. Oyunlarda iştirak edən Azərbaycan yığması qalib adını qazanıb. Millimiz qızıl medal uğrunda görüşdə Mali yığmasını 21:6 hesabı ilə məğlub edib.