Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Taekvondo Mərkəzində Zəfər Gününə həsr olunmuş “Zəfər kuboku” adlı taekvondo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi təşkil edilib.
Mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək idmançıları Zəfər Günü münasibətilə təbrik edib, yarışın keçirilməsində əsas məqsədin rayonda taekvondo idman növünə olan marağın artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, həmçinin Zəfər Gününün rayonda təntənəli şəkildə qeyd olunmasından ibarət olduğunu bildirib.
Rayon birinciliyində 70-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib.
Yekun nəticələrə əsasən, müxtəlif çəki dərəcələrində ilk üç yeri tutan idmançılara təşkilat komitəsinin diplomları təqdim olunub.