Ağcabədidə taekvondo idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri keçirilib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 100 nəfərdən çox idmançı müxtəlif çəki dərəcələrində gücünü sınayıb.
Gərgin mübarizə şəraitində keçən yarışın yekununda ayrı-ayrı çəki dərəcələrində I, II, III yerləri tutmuş idmançılara diplom və medallar təqdim olunub.
Taekvondoçular Ağcabədidə dayanq üzərinə çıxıblar