Qətər-2022: ABŞ yığması mərhələ şanslarını çətinləşdirdi

Qətər-2022: ABŞ yığması mərhələ şanslarını çətinləşdirdi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Mundialın 6-cı gününün son oyununda B qrupunda yer alan İngiltərə və ABŞ komandaları üz-üzə gəlib. İkinci tur çərçivəsində keçirilən matçda hesab açılmayıb. Bu oyundan sonra ABŞ millisi mərhələ keçmək şanslarını çətinləşdirib. “Yankinlər” 1/8 finala vəsiqə uğrunda gələn tur mütləq İran millisinə qalib gəlməlidir. Əks təqdirdə başqa hesab bu komandanın mərhələ adlamaq şanslarının üstündən xətt çəkəcək. İngiltərə millisi isə növbəti turda Uelsə üz-üzə gələcək.

Xatırladaq ki, bu gün keçirilən qrupun digər oyununda İran millisi Uelsə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, 2 turdan sonra İngiltərə millisi 4 xalla qrupa başçılıq edir. Uelsə qalib gələn İran millisi 3 xalla ikinci pilləyə yüksəlib. Keçirdiyi hər iki oyunda heç-heçə edən ABŞ komandası isə 2 xalla üçüncüdür. Uels yığması isə 1 xalla qrupda sonuncu pillədə qərarlaşıb.

 

Azər Əlizadə