Ərəblər bu dəfə sevinə bilmədilər - FOTO

Ərəblər bu dəfə sevinə bilmədilər - FOTO

Futbol üzrə Polşa milli komandası Qətərdə keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb. Avropa təmsilçiləri C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib. Görüşdə ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Son nöqtəni isə 82-ci dəqiqədə kapitan Robert Levandovski qoyub. Bu, 34 yaşlı hücumçunun mundiallar tarixində ilk qolu olub. Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib.

 

Anar

Ərəblər bu dəfə sevinə bilmədilər - FOTO Ərəblər bu dəfə sevinə bilmədilər - FOTO Ərəblər bu dəfə sevinə bilmədilər - FOTO Ərəblər bu dəfə sevinə bilmədilər - FOTO