Qətərdə keçirilən dünya çempionatı davam edir. D qrupunun ikinci turunun qarşılaşmasında Fransa – Danimarka komandaları üz-üzə gəliblər.
Qarşılaşmada fransızlar 2:1 hesablı qələbəyə sevinib. Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib.
Oyunun 86-cı dəqiqəsində Mbappe “xoruzlar ölkəsi”nin qələbə topunun müəllifi olub.
Beləliklə, ikinci turdan sonra D qrupunda Fransa 6 xalla birinci pillədə qərarlaşıb və növbəti mərhələyə vəsiqə əldə edib. Avstraliyanın 3 xalı var və ikinci pillədədir. Hərəyə bir xal toplamış Danimarka və Tunis uyğun olaraq 3 və 4-cü yerləri bölüşdürürlər.
Anar