Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatı davam edir. Oyunların səkkizinci günündə daha iki qrupda ikinci tura yekun vurulub. Günün son qarşılaşması E qrupunda yer alan İspaniya - Almaniya komandaları arasında keçirilib. Görüşdə ilk qolu 62-ci dəqiqədə İspaniya komandasından Alvaro Morata vurub. Matçın 83-cü dəqiqəsində isə Fullkruq Almaniyanın cavab qolunu qapıdan keçirib. Beləliklə, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Bununla da, aktivində 4 xal olan İspaniya millisi qrupda ilk pillədəki mövqeyini qoruyub. Yaponiya və Kosta Rika hərəyə 3 xalla, müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar. Aktivində 1 xal olan Almaniya isə sonuncu yerdədir.
Qətər-2022: Almanlar mərhələ şanslarını son tura saxladılar
![Qətər-2022: Almanlar mərhələ şanslarını son tura saxladılar](https://olimpnews.az/uploads/img/posts/2022/11/28/ESPjpg-1669591901.jpg)