Bu gün Qətərdə keçirilən futbol üzrə dünya çempionatında növbəti finalçının adına aydınlıq gələcək. "Al Bayt” stadionunda təşkil olunacaq oyunda Mərakeş və Fransa yığmaları üz-üzə gələcək. Meksikalı FIFA referisi Sezar Ramosun idarə edəcəyi qarşılaşmanın start fiiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək,
Xatırladaq ki, dekabrın 13-də keçirilmiş ilk yarımfinal oyununda Argentina millisi Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Qətər-2022nin qalibinin adına isə dekabrın 18-də "Lusail” stadionunda keçiriləcək final oyunundan sonra aydınlıq gələcək.