Dünya çempionatının tarixi müəyyənləşdi

Dünya çempionatının tarixi müəyyənləşdi

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının tarixi müəyyənləşib.  Yarış bu il avqustun 14-də başlayacaq və sentyabrın 3-dək davam edəcək. Daha əvvəl mundialın Rusiyada təşkili planlaşdırılsa da, ISSF Ukraynaya hərbi müdaxilə səbəbindən bu ölkədə keçirilməsi nəzərdə tutulan bütün turnirləri təxirə salıb. Nəticədə Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək hüququnu itirib. Bundan sonra dünya çempionatını təşkil etmək Azərbaycana həvalə olunub.