Hannoverdən daha bir medal

Hannoverdən daha bir medal

Güllə atıcılarımız Hannoverdə daha bir medal qazanıblar. Kişilərdən ibarət komanda yarışında iştirak edən millimiz (Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev) Hannoverdə keçirilən beynəlxalq turnirdə pnevmatik tapançadan 10 metrəyə atışda (P1) gümüş medal qazanıb.

Eyni zamanda millimizin üzvü Rafiq Əliyev yüksək nəticə göstərərək dünya çempionatına lisenziyanı qazana bilib.

Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.