Atıcılarımızın Ruşe sınağı

Atıcılarımızın Ruşe sınağı

Yanvarın 9-da Sloveniyanın Ruşe şəhərində atıcılıq üzrə Qran-Pri turnirinə start veriləcək. Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dünyanın tanınmış idmançılarının mübarizə aparacağı yarışda Azərbaycanı iki atıcı təmsil edəcək.

Yanvarın 14-dək davam edəcək turnirdə Nigar Nəsirova və Ruslan Lunyov qüvvəsini sınayacaq.