Atıcılarınız Münxendə ənənəvi turnirdə iştirak edəcəklər

Atıcılarınız Münxendə ənənəvi turnirdə iştirak edəcəklər

Yanvarın 23-də Almaniyanın Münxen şəhərində atıcılıq üzrə 2024 H&N Kuboku start götürəcək.

Atıcılıq Federasiyasından verilən məlumata görə, pnevmatik tapançadan və tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışlarında Azərbaycan 3 məşqçi və 17 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, ənənəvi turnir yanvarın 28-dək davam edəcək.