Kişi basketbolçular arasında Azərbaycan çempionatının VIII turunun oyunları keçirilib. Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunan birinci oyunda "Qala" klubu BDU basketbolçuları ilə ilə üz-üzə gəlib. Bu görüşdə Elxan Əliyevin yetirmələri rəqiblərini böyük hesablı məğlubiyyətə uğradıblar. Onlar rəqiblərini 112 xal fərqi ilə üstələyiblər - 145:33.Günün digər oyununda isə "Gəncə" AZTOP komandasını sınağa çəkib - 63:59. Beləliklə, 8-ci turdan sonra rəqiblərindən iki oyun az keçirən "Qala" liderliyini davam etdirir.
VIII tur
16 fevral (şənbə)
"Qala" - BDU - 145:33
"Gəncə" - AZTOP - 63:59
O Q M T X
1. Qala 6 6 0 685-329 12
2. NTL-Maxxis 7 5 2 598-514 12
3. AZTOP 8 4 4 582-557 12
4. Gəncə 7 4 3 507-467 11
5. ADBTİA 5 1 4 372-405 6
6. BDU 7 0 7 374-836 7