Ulduzların birgə layihəsi 25 milyon dollara başa gələcək

Ulduzların birgə layihəsi 25 milyon dollara başa gələcək


Məşhur idman ulduzları Devid Bekhem və Lebron Ceyms MLS-də birgə layihə üzərində işləyirlər. Xarici KİV-lərdə yayılan xəbərə görə, futbolçu kimi karyerasını başa vuran Bekhem çoxdandır öz komandasını yaratmaq barədə düşünür.

Məşhurlar birgə layihə ilə bağlı bugünlərdə görüşüblər. Milli Basketbol Assosasiyasının (MBA) tanınmış idmançısı Lebron Ceyms görüşdən sonra fikirlərini kütləvi informasiya vasitələnin nümayəndələri ilə bölüşüb: "Bu layihədə hər iki tərəfin marağı var. Devid son 10 ildə mənə yaxşı dost olub. Düşünürəm ki, Mayaminin öz futbol klubunun olması pis olmazdı. Burada çoxlu istedadlı gənclər var. Mən bu maraqlı idman növünü bir az öyrənə bilmişəm və bu, mənim uşaqlarımın çox xoşuna gəlir”.
Qeyd edək ki, layihənin reallaşdırılması üçün 25 milyon dollar vəsait tələb olunur.