Almaniyanın Münhen şəhərində keçirilən atıcılıq üzrə ənənəvi 2024 H&N Kuboku yarışı davam edir. Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən atıcımız Leyli Əliyeva turnirdə uğurla çıxış edib.
Təmsilçimiz qızlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında bürünc medala sahib çıxıb.
Atıcımız Münhendə bürünc medal qazandı