Atıcılıq üzrə Azərbaycan millisinin üzvləri Mərakeşin paytaxtı Rabatda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mötəbər yarışda yığmamızın 7 atıcısı hədəfi nişan almağa çalışacaq.
Səngər stendi komandasının heyətində Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Alina Rəfixanova, Tamerlan Məmmədov və Əlimirzə Quliyev mübarizə aparacaqlar.
Qeyd edək ki, Dünya Kuboku 4-13 fevral aralığında təşkil olunacaq.