Almaniyanın Münhen şəhərində Beynəlxalq İdman Atıcılığı Federasiyası tərəfindən seminar təşkil olunub. Seminarda "Qəbələ” atıcılıq klubunun vitse-prezidenti Elvin İsmayılov, texniki menecer Emin Cəfərov və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov iştirak ediblər. Beynəlxalq İdman Atıcılığı Federasiyasının seminarında Olimpiya atıcılığının bütün növləri üzrə irimiqyaslı yarışların, o cümlədən beynəlxalq Qran-pri, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışların, 2014-cü ildə dünya kuboku finalının, 2015-ci ildə dünya kubokunun Azərbaycanın, Qəbələ şəhərində keçirilməsi təsdiq olunub. Məlumat üçün qeyd edək ki, 2016-cı il olimpiadasından bir il əvvəl keçiriləcək dünya kuboku lisenziya xarakteri daşıyacaq.