Stend atıcılığı üzrə Bakı Kuboku keçirilir

Stend atıcılığı üzrə Bakı Kuboku keçirilir

Bu gün Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı Kuboku yarışına start verilib. 

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda qızlar, oğlanlar, qadınlar və kişilər arasında stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qaliblər müəyyənləşəcək. 

Yarışlarda Bakıda fəaliyyət göstərən idman cəmiyyətləri, klubları və məktəbləri iştirak edir.

Kubokun qarışıq komanda yarışları martın 14-də, fərdi yarışları isə 15-16-da keçiriləcək.