Messinin zədəsi yığmaya da təsir edəcək

Messinin zədəsi yığmaya da təsir edəcək

Argentina millisinin kapitanı Lionel Messi zədə səbəbindən millinin mart ayında keçiriləcək oyunlarını buraxacaq. Bu barədə "Albiseleste"nin mətbuat xidməti xəbər yayıb. Qeyd olunur ki, 36 yaşlı futbolçu "İnter Mayami" ilə matçda sağ bud nahiyəsindən aldığı zədə səbəbindən El Salvador və Kosta-Rikaya qarşı matçlardan kənarda qalacaq.