Atıcımız Dortmundda qızıl medal qazandı 

Atıcımız Dortmundda qızıl medal qazandı 

Azərbaycanın atıcısı Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində uğurla çıxış edib. 

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında mübarizə aparan idmançımız qızıl medala layiq görülüb. 

Turnirə martın 24-də yekun vurulacaq.