Tarixi qələbə: Azərbaycan komandası cüdo üzrə Avropa çempionatında ən uğurlu çıxışını edib!

Tarixi qələbə: Azərbaycan komandası cüdo üzrə Avropa çempionatında ən uğurlu çıxışını edib!

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub. 47 ölkədən 427 (240 kişi, 187 qadın) cüdoçunun mübarizə apardığı çempionatda Azərbaycan komandası 13 (9 kişi, 4 qadın) idmançı ilə təmsil olunub.

Üç gün davam edən yarışda milli komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Elcan Hacıyev (-90 kq) qızıl, Balabəy Ağayev (-60 kq) isə gümüş medala layiq görülüb. Avropa çempionatını 2 qızıl və 1 gümüş medalla başa vuran cüdoçularımız ümumi komanda hesabında və kişilər arasında ikinci yeri tutub.

Digər cüdoçularımızdan Turan Bayramov (-60 kq), Aydan Vəliyeva (-52 kq), Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) 5-ci yerə sahib çıxıblar.

Bu, komandamızın Avropa çempionatlarında 1993-cü ildən bəri əldə etdiyi ən yaxşı nəticədir.

Qeyd edək ki, qitə çempionatı sabah qarışıq komanda yarışları ilə davam edəcək.

Tarixi qələbə: Azərbaycan komandası cüdo üzrə Avropa çempionatında ən uğurlu çıxışını edib! Tarixi qələbə: Azərbaycan komandası cüdo üzrə Avropa çempionatında ən uğurlu çıxışını edib! Tarixi qələbə: Azərbaycan komandası cüdo üzrə Avropa çempionatında ən uğurlu çıxışını edib!