İyunun 27-də Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Azərbaycan çempionatın start verilib. Bu barədə Azərbaycan Tıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı mübarizə aparır. İyunun 29-dək davam edəcək turnirdə idmançılar səngər və dairəvi stend atıcılığı üzrə fərdi və qarışıq komanda yarışlarında hədəfi nişan alacaqlar.
Stend atıcılığı üzrə Azərbaycan çempionatın start verilib