Almaniyalı voleybolçu iflic olub

Almaniyalı voleybolçu iflic olub

Voleybol üzrə Almaniya millisinin üzvü Anton Brehme Paris-2024 Yay Olimpiya Oyunlarında üz əzələlərindən iflic olub. Bunun idmançının özü də etiraf edib.

“Bu vəziyyət gözlənilməz oldu. Gözlərim çox sulanır və eşitmə problemim var. İndi bir çox səslər bütün bu problemlərdən əvvəl ən azı iki dəfə yüksək səslənir. Amma deyəsən düzəlir. Sizə müsahibə vermək mənim üçün çətindir. Matçlar zamanı, əlbəttə ki, diqqətli olmağa çalışıram”, - RND Brehmenin sözlərindən sitat gətirib.

Məlumat üçün bildirək ki, Almaniya Oyunların 1/4 finalına yüksəlib. Almaniyanın rəqibi İtaliya-Polşa oyunundan sonra müəyyənləşəcək.