“Paris-2024-dən qızıl medallarla qayıtdığımız üçün çox xoşbəxtəm”.
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
O, komanda ilə qürur duyduğunu bildirib: “Komandamızın üzvləri ilə fəxr edirəm. Bizim təkcə iki Olimpiya çempionumuz deyil, bütün komanda üzvlərimiz gözəl bir iş gördü. Çox sevincliyəm. İndi bir az istirahət edəcəyik. Daha sonra növbəti Olimpiadaya hazırlaşacağıq. Hədəflərimiz böyükdür. Ümid edirəm ki, qarşıdakı mötəbər yarışda həm kişilərdən, həm də qadınlardan ibarət komandalarımız uğurlu çıxış edəcəklər”.