Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən atletika yarışları davam edir. Komandamızı bu idman növündə təmsil edən Anna Skidan da olimpiadada mübarizəyə qoşulub. Çəkicatma növündə mübarizə aparan atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb. 32 yaşlı idmançımız üçüncü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub. Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub. Beləliklə, Anna Skidan Paris-2024-ün final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyənləşəcək.
Anna Skidan Paris-2024-ün final mərhələsinə vəsiqə qazandı