Bu gün yunan-Roma güləşçilərimiz Paris-2024-də mübarizəyə başlayırlar ​​​​​​

Bu gün yunan-Roma güləşçilərimiz Paris-2024-də mübarizəyə başlayırlar ​​​​​​

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan komandasının daha iki idmançısı olimpiadada mübarizəyə başlayacaq. Hər iki təmsilçimiz bu gün start götürəcək yunan-Roma güləşi üzrə yarışlarda xalça üzərinə çıxacaq.
Belə ki, klassiklərimizdən ilk olaraq  Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq) mübarizəyə başlayacaq. 
Mübarizəyə 1/8 finaldan başlayan S.Şəriəti ilk görüşünü estoniyalı Heyki Nabiyə qarşı keçirəcək. 
Murad Məmmədov isə 1/8 finalda  venesuelalı Rayber Joze Rodrigez Orosko ilə qarşılaşacaq. 
Güləş yarışlarına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi üzrə yığma komandamız Paris-2024-də 5 idmançı ilə təmsil olunur.

Bu gün yunan-Roma güləşçilərimiz Paris-2024-də mübarizəyə başlayırlar ​​​​​​ Bu gün yunan-Roma güləşçilərimiz Paris-2024-də mübarizəyə başlayırlar ​​​​​​