Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarışlar davam edir. Bu gün daha bir güləşçimiz Murad Məmmədov xalça üzərinə çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda venesuelalı Rayber Joze Rodrigez Orosko ilə qarşılaşıb. Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb 5:6.
Qeyd edək ki, daha əvvəl digər pəhləvanımız Sabah Şəriəti ilk görüşdə estoniyalı Heyki Nabiyə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.