Yunan-Roma güləşçimiz Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb. 130 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız finala gedən yolda kubalı dördqat Olimpiya, beşqat dünya çempionu Mixain Lopeslə qarşılaşıb. Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb -4:1. Beləliklə, güləşçimiz sabah bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq
Qeyd edək ki, Sabah Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə, 1/4 finalda isə qazaxıstanlı Alimxan Sızdıkova qalib gəlib.
Paris-2024: Güləşçimiz bürünc medal uğrunda görüşdə mübarizə aparacaq