Güləş üzrə Olimpiya komandamızın son heyəti Parisə yollanıb

Güləş üzrə Olimpiya komandamızın son heyəti Parisə yollanıb

Sərbəst güləş üzrə komandamızın üzvləri – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.
Avqustun 8-də Əliabbas Rzazadə və  Osman Nurmaqomedov, növbəti gün Turan Bayramov və Giorgi Meşvildişvili, ayın 10-da isə Hacı Əliyev və Maqomedxan Maqomedov xalça üzərinə çıxacaq.