Parataekvondoçumuz finalın bir addımlığında

Parataekvondoçumuz finalın bir addımlığında

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançımız 1/4 finalda Miçel Ernesto Uolkerlə (Kuba) üz-üzə gəlib.

Rəqibinə 12:2 hesabı ilə qalib gələn İ.Xəlilov yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq. Hazırda komandamızın aktivində bir bürünc medal var. Yeganə medalı komandamıza paratekvondoçumuz Sabir Zeynalov (58 kq) qazandırıb.