Məktəblilər basketbol yarışlarında

Məktəblilər basketbol yarışlarında


Bakıdakı 45 nömrəli tam orta məktəbdə Nərimanov rayon məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan oğlanlar arasında basketbol üzrə rayon birinciliyi keçirilib.
Rayonun 15 məktəb komandasının tərkibində 180 idmançı qalib adı uğrunda mübarizə aparıb. Yarışın nəticəsinə görə, birinci yerə 45, ikinci yerə 82 nömrəli məktəblərin, üçüncü yerə isə 304 nömrəli məktəb-liseyin komandaları layiq görülüblər.
Qalib komanda məktəblilər arasında spartakiadanın şəhər üzrə final mərhələsinə vəsiqə qazanıb.
Yarışda ilk üç yeri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.