Kobe Brayant ümidini kəsmir

Kobe Brayant ümidini kəsmir

Milli Basketbol Assosasiyasının (MBA) "Leykers” klubunun müdafiəçisi Kobe Brayant bu mövsüm meydançaya qayıdacağına ümid edir.
Qeyd edək ki, MBA-nın ulduzu dizindən zədələndiyinə görə, möhkəm əziyyət çəkir və yarışlarda iştirak edə bilmir. Təbiidir ki, Kobe fevralın 16-na planlaşdırılan "MBA-nın ulduzları” matçında da iştirak edə bilməyəcək. "Planlarım dəyişməyib və mən bu mövsümdə meydançaya qayıdacağam. Hər gün bərpa olmağa və öz əvvəlki vəziyyətimə qayıtmağa cəhd göstərirəm. Bu, mənim işimdir. Tezliklə zədələrimin sağalmasını arzu edirəm”, - deyə MBA-nın ulduzu deyib.