Bu gün cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçirilib.
Olimpnews.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 39 klub və idman cəmiyyətindən olan 170 idmançı mübarizə aparıb.
7 çəki dərəcəsi üzrə keçirilən yarışda Murad Əliyev (-60 kq), Tofiq Məmmədov (-66 kq), Rüfət Şövlətov (-73 kq), Sadiq Həsənli (-81 kq), Məhərrəm İmamverdiyev (-90 kq), Əjdər Bağırov (-100 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb.
Liqa yarışının ikinci turunun qalibləri müəyyənləşdi
